a

Bakıda turisti soyan dəstə tutuldu

Bakıda Pakistan vətəndaşına qarşı cinayət olub. 2 dost əcnəbini döyüb onun pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə alıb qaçıblar. Polis həmin şəxsləri saxladıqdan sonra onların başqa cinayətlərini də üzə çıxarıb.

xezerxeber.az-a istinadən bildirir ki, xarici ölkə vətəndaşına qarşı quldurluq edən şəxslər ifşa edilib. Hadisə bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda baş verib. Pakistan vətəndaşı Qulam Murtaza Sabunçu rayon polis idarəsinə məlumat verib ki, tanımadığı şəxslər gecə vaxtı onun içərisində 150 manat, 100 dollar, habelə mobil telefon olan pul kisəsini alıblar. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis soyğunçuluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər – Füzuli rayon sakini Cavad Nəsirov və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıblar.

Saxlanılan şəxslərin ətraflarında keçirilən əlavə tədbirlərlə onların həmin gün dəstənin digər üzvü Masallı rayon sakini Uğur Abışovla birlikdə Bakıxanov qəsəbəsində Həsən Sadıqzadəyə məxsus ”Vaz 2106” markalı avtomobili qaçırdıqları da müəyyən edilib. Polis əməliyyatla dəstənin digər üzvü Uğur Abışovu da saxlayaraq istintaqa təqdim edib. Qeyd edək ki, saxlanılan şəxslər avtomobili qaçırandan sonra həmin nəqliyyat vasitəsinin İsmayıllı rayonuna apararaq orada satıblar.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb,istintaq davam edir. Polis soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmir.

Bu yazı yorumlara kapatılmıştır.

Sıradaki haber:

‘Türkiye ve Azerbaycan’a çifte standart uygulanıyor’

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.